Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonunda dəfələrlə qayda pozan sürücü qəza törədib
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 21-də saat 16:43 radələrində Ceyhun Səlimov küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-GR-098 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, yerləşdiyi zolaqdan sağa keçib və bu zaman həmin zolaqdakı avtomobilin hərəkətinə əngəl törədib.
Bir neçə saniyə sonra sürücü yenidən qayda pozub. Belə ki, dairəyə daxil olmaq istəyən sürücü sol tərəfdən gələn maşına yol vermədən hərəkətinə davam edib. Nəticədə qəza qaçılmaz olub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin
Oxunub 228