Arda 10 nömrəli formasını ona verdi

14.07.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”i tərk edən Luka Modriç “Milan”a transfer olmazdan əvvəl 10 nömrəli formasını Arda Gülerə hədiyyə edib.

Metbuat.az xəbər verir ki, ABŞ-da keçirilən Klublararası Dünya Çempionatının yarımfinalında PSJ-yə 0:4 hesablı məğlubiyyətdən sonra Modriç "Real Madrid"lə vidalaşıb. “Real Madrid” futbolçuları İspaniyaya qayıtdıqdan sonra Arda Güler Luka Modriçə yaxınlaşıb. “El Chiringuito”televiziyasının məlumatına görə, Modriç Ardaya 10 nömrəli formasını təhvil verib. Modriç formanı verdikdən sonra hər ikisi bir-birinin əlini sıxıb və qucaqlaşıb.

Qeyd edək ki, Luka Modriçin klubdan ayrılmasından sonra 10 nömrəli forma boş qalacaq. Kilian Mbappenin 10 formanı geyinəcəyi irəli sürülsə də, Arda Gülerin də 10 nömrəni istədiyi iddia edilir.

1

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью