Arda Barselonaya transfer ola bilər “Real”a strateji zərbə

15.01.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid”in futbolçusu Arda Gülerin klubda xoşbəxt olmadığı irəli sürülür.

Metbuat.az xəbər verir ki, futbolçunun “Real”dan ayrılmaq istədiyi iddia edilir. “NTVspor”un İspaniya mediasına istinadən xəbərinə görə, Arda “Barselona”ya transfer ola bilər. Xəbərdə Kataloniya nəhənginin "Real Madrid"ə keçməmişdən əvvəl Ardanı transfer etmək istədiyi xatırladılıb. Həmçinin, Luiş Fiqonun illər əvvəl “Barselona”dan “Real Madrid”ə keçidi qeyd edilərək, əzəli rəqiblər arasında transferin mümkünlüyü vurğulanıb. Arda Gülerin də belə bir seçim edərək tarix yaza biləcəyi bildirilib.

Xəbərə görə, bu transfer “Barselona”nı meydanda gücləndirməklə yanaşı, “Real”a da strateji zərbə vuracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью