Arda baxımlı qol vurdu, “Real” qələbə qazandı Video

24.04.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Madrid “Real”ı səfərdə “Xetafe”nin qonağı olub.

Matçın taleyini bir qol həll edib. “Kral klubu”nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb - 0:1.

Bu qalibiyyətdən sonra Madrid təmsilçisi əzəli rəqibi lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью