“Arda bizim güvəndiyimiz futbolçudur” Ançelotti

25.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ardanın yaradıcı oyunu bizə çox kömək etdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti “Leganes”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

İtaliyalı mütəxəssis komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güləri tərifləyib: “Arda və Sabelyos bu gün yaxşı oynadı, komandaya çox faydaları dəydi. Gülər qol vurmağa yaxın idi. O, bizim güvəndiyimiz futbolçulardandır”.

Qeyd edək ki, ötən gecə “Real”ın səfərdə “Leganes”lə keçirilən qarşılaşmasında türkiyəli futbolçu Arda Güler start heyətdə yer alıb. O, ikinci qolun ötürməsini verib.

Görüş Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью