Arda Gülər alman klublarının maraq dairəsində

06.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyəli gənc ulduz Arda Güler Almaniya klublarının maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, "Real"da çıxış edən futbolçu növbəti mövsümdə komandasını dəyişə bilər.

Bir neçə gün öncə "Bavariya"nın Arda ilə maraqlandığı xəbərləri yayılmışdı. İndi bu siyahıya "Leypsiq" və "Ayntraxt" da əlavə olunub. Gülerin icarə əsasında alman klublarından birinə keçməsi mümkündür. Madrid klubunda istənilən şansı qazanmayan türkiyəli yarımmüdafiəçi ilə yanaşı Endrik də bu addımı ata bilər.

Qeyd edək ki, Arda bu mövsümdə bütün turnirlərdə 29 oyunda 3 qol vurub, 5 ötürmə verib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью