Arda Gülər bu kluba keçə bilər

22.01.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülərlə ​​İtaliya klubu maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu türk futbolçunu öz sıralarına cəlb edə bilər.

"Rossonerilər" 19 yaşlı futbolçuya uzunmüddətli müqavilə təklif etməyə hazırdır.

Yarımmüdafiəçi "Real"ın baş məşqçisi Karlo Ançelottiyə daha çox oynamaq istədiyini bildirib. 

"Transfermarkt" mütəxəssisləri Arda Gülərin dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Futbolçu bu mövsüm 23 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ulduzun "kral" klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью