Arda Gülər bu mövsüm vurduğu ilk qolundan danışdı

08.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Gülər "Jirona" ilə oyundakı çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, türkiyəli futbolçu bu barədə "Fotospor”a danışıb.
Nəşr Ardanın dediklərini belə çatdırıb: "Bu oyunda, ümumiyyətlə bu mövsümdə ilk qolumu vurduğum üçün sevinirəm. Azarkeşlərin sevgisini qazanmaq, onların dəstəyinin haqqını vermək üçün oyunlarda "Real Madrid"ə hər şeyimi verməyə çalışıram".
Xatırladaq ki, Arda Gülər ​​“Jirona” ilə görüşdə qol vuraraq "kral klubu"nun 3:0 hesablı qələbə qazanmasında pay sahibi olub. Ümumilikdə bu mövsüm türk futbolçu İspaniya çempionatında "Real"ın heyətində 12 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью