Arda Güler DÇ 2026 da oynaya biləcəkmi? Dəqiqləşdi

24.04.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Sağ ombanın ikibaşlı əzələsindən xəsarət alan və klubu "Real Madrid" tərəfindən uzun müddətə sıradan çıxdığı açıqlanan Arda Gülerin dünya çempionatında Türkiyə millisinə kömək edib-etməyəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 21 yaşlı yarımmüdafiəçi mundialda oynaya biləcək. Mənbə Gülerin mayın sonlarınadək zədə problemini geridə qoyacağını və DÇ-yə hazırlaşacağını vurğulayıb.

Xatırladaq ki, DÇ-də D qrupunda yer alan Türkiyə millisi ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Toğrul
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью