Arda Güler El Klasiko da əsas heyətdə yer ala bilər

24.10.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Real Madrid"in baş məşqçisi Joze Mourinyonun "Barselona" ilə "El-Klasiko" öncəsi hazırladığı üç fərqli heyət planının hamısında Arda Gülərə yer verdiyi iddia olunur.

BAKU.WS İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, türkiyəli futbolçunun meydandakı mövqeyi Federiko Valverdenin hansı mövqedə oynayacağından asılı olacaq.

Valverde sağ cinah müdafiəçisi kimi çıxış edərsə, Arda mərkəzdə, digər variantlarda isə sağ cinahda və ya yenidən mərkəzdə oynaya bilər.

Qeyd edək ki, "Barselona" – "Real Madrid" qarşılaşmasının oktyabrın 25-də "Kamp Nou" stadionunda keçirilməsi planlaşdırılır. "Barselona"nın 27, "Real Madrid"in isə 21 xalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью