Arda Güler “Fənərbağça”ya milyonlar qazandıracaq

23.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Güler ilə bağlı iddialar Avropa futbol gündəmində geniş rezonans doğurub.

İdman.Biz “CaughtOffside”a istinadla xəbər verir ki, İspaniya klubunun futbolçunu 90 milyon avro (180 milyon AZN) qarşılığında satmağa hazır olduğu bildirilir. Bu da keçmiş klubu “Fənərbağça” üçün ciddi maliyyə gəliri deməkdir.

Arda Güler “Real Madrid”də həm Xabi Alonso, həm də Alvaro Arbeloa dövrlərində şans qazanıb və çıxışları ilə diqqət çəkib. Bəzən qeyri-sabit oyunu tənqid edilsə də, madridli azarkeşlərin əhəmiyyətli hissəsi onu komandanın gələcək əsas fiqurlarından biri hesab edir.

İngiltərə Premyer Liqasının aparıcı klubları olan “Çelsi” və “Arsenal” futbolçunun durumunu yaxından izləyir.

Qeyd edək ki, Arda Gülerin Madrid klubu ilə müqaviləsində sonrakı satışdan “Fənərbağça”ya 20 faiz pay verilməsini nəzərdə tutan maddə mövcuddur. Transferin 90 milyon avro qarşılığında reallaşacağı halda, İstanbul təmsilçisinin büdcəsinə 18 milyon avro (təxminən 36 milyon AZN) daxil olması gözlənilir.

Bu ssenari baş tutarsa, Arda Güler həm Avropa futbol bazarında səs-küylü transferlərdən birinə imza atacaq, həm də yetirməsi olduğu kluba tarixinin ən böyük maliyyə qazancını gətirən futbolçulardan biri olacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью