Arda Guler “Fənərbaxça”nın düşərgəsində Şəkillər

28.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Real"ın futbolçusu Arda Güler sabiq klubu "Fənərbaxça"nın düşərgəsini ziyarət edib.

QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Superliqa təmsilçisinin sosial media hesablarında Ardanın klub rəhbərliyi, komandanın futbolçuları ilə fotoları paylaşılıb və yazılıb: "İspaniyada ölkəmizi uğurla təmsil edən sabiq futbolçumuz Arda Güler Samandıra Can Bartu düşərgəmizi ziyarət etdi. 

Səni yenidən görmək çox gözəldir. "Fənərbaxça" ailən hər zaman səninlədir, Arda".

Qeyd edək ki, Arda 2023-cü ilin yayında 20 milyon avroya "Real"a keçib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью