Arda Gülər ikiqat çox maaş alacaq

20.11.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin maliyyə təfərrüatları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Capology” bazasında öz əksini tapıb.
Məlumata görə, türkiyəli futbolçunun 2025/26 mövsümü üçün 5,21 milyon avro olan sabit maaşı 2026/27 mövsümündə ikiqat artaraq 10,42 milyon avroya olacaq.
Arda Gülərə veriləcək bonusların da məbləği artırılıb. Bonuslar da daxil olmaqla, onun Kral klubundakı illik gəliri 13,2 milyon avroya çatacaq.
Qeyd edək ki. Arda Gülər bu mövsüm “Real Madrid”də 14 oyun keçirib, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.
Onun transfer qiyməti hazırda 100 milyon avro olaraq qiymətləndirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью