Arda Gülər İspaniyada gündəm oldu: Real ın ən yaxşısıdır

18.09.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin çıxışı İspaniya mətbuatında və futbol ictimaiyyətində müzakirə olunmaqda davam edir.
Demokrat.az
"Hürriyet"ə istinadən xəbər verir ki, 6-cı turda “Elçe” ilə qarşılaşmada 3:2 hesablı qələbə qazanan Madrid klubunda Arda Gülər fərqlənən futbolçulardan biri olub. 21 yaşlı yarımmüdafiəçi möhtəşəm cərimə zərbəsi ilə komandasının qələbəsinə töhfə verib.
Ardanın oyundan sonra İspaniyada aldığı qiymət də diqqət çəkib. İspaniyalı şərhçi Albert Orteqa futbolçunun komandanın ümumi oyununa ciddi təsir göstərdiyini bildirib.
“Arda Gülər hazırda “Real Madrid”in ən yaxşı futbolçusudur. O, komanda yoldaşlarının da performansını yüksəldir. Qol vurmaq baxımından inanılmaz istedada malikdir”, deyə Orteqa vurğulayıb.
Şərhçi Ardanın oyun quruculuğundakı rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, futbolçu müdafiə və hücum xəttləri arasında hərəkət edərək komandanın hücumlarını istiqamətləndirir.
“Elçe” ilə görüşdə Arda cərimə zərbəsindən vurduğu qolla yanaşı, üç əsas ötürmə ilə də yadda qaldı. Ortega onun komanda yoldaşlarını düzgün mövqedə tapmaq bacarığının “Real Madrid”in ümumi oyununa müsbət təsir etdiyini bildirib.
Şərhçi həmçinin qeyd edib ki, Arda əvvəlcə Xabi Alonso tərəfindən orta sahədə sınanıb, lakin bu mövqedə onun üçün bəzi çətinliklər yaranıb. Hazırkı sistemdə isə türkiyəli futbolçunun potensialını daha yaxşı nümayiş etdirdiyi düşünülür.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью