Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real"da oynayan Türkiyə millisinin ulduzu Arda Gülərin dünyaca məşhur lüks moda brendi "Louis Vuitton"un reklam fotosessiyasından 4,5 milyon avro qazandığı iddia edilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Real" forması geyinən Arda Güler yenidən moda ilə bağlı görüntüləri ilə gündəmə gəlib. "Louis Vuitton" geyimində poza verən gənc futbolçu qara polo köynək, şalvar və əl çantası ilə fotosessiyaya çəkilib.
Paylaşılan məlumata görə, Arda Güler tanıtım çəkilişlərindən 4,5 milyon avro qazanıb.