Arda Gülər karyerasında bir ilk yaşadı

28.11.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

“Real Madrid”in gənc ulduzu Arda Gülər karyerasında bir ilk yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli futbolçu UEFA Çempionlar Liqası çərçivəsində “Liverpul” ilə keçiriləcək matçda start heyətdə meydana çıxıb.

19 yaşlı oyunçu karyerasında ilk dəfə Avropanın birinci dərəcəli klub turnirində əsas “11-lik”də yer alıb.

Qeyd edək ki, “Liverpul” doğma meydanda “Real”ı 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Gülər ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью