Arda Güler komanda yoldaşının qüruru ilə oynadı (Video)

26.08.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyə millisinin və "Real Madrid"in gənc ulduzu Arda Güler məşq zamanı nümayiş etdirdiyi hərəkətlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, futbolçunun komanda yoldaşı ilə məşq zamanı etdiyi texniki hərəkət sosial şəbəkələrdə maraqla qarşılanıb.

Arda rəqibinin qarşısında bacarığını nümayiş etdirərək onu çətin vəziyyətdə qoyub. Həmin an komanda yoldaşının reaksiyası da görüntülərə xüsusi rəng qatıb.

Sözügedən kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra azarkeşlər arasında müzakirələrə səbəb olub. İstifadəçilər gənc futbolçunun texniki imkanlarını yüksək qiymətləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью