Arda Gülər könülləri fəth etdi

06.12.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Gülər təqdirəlayiq addımı ilə gündəmə gəlib.

Türkiyəli oyunçu imzalı formasını “amputasiyalı futbolun Arda Güləri” adlandırılan 11 yaşlı Kərəm Demezə hədiyyə edib.

Ardanın hədiyyəsini anası Serap Gülər təqdim edib.

Məlumata görə, Kərəm ana bətnində olarkən keçirdiyi xəstəlik səbəbindən bir ayağı əngəlli doğulub və 8 yaşında sağ ayağı amputasiya edilib. O, futboldakı istedadına görə komanda yoldaşları tərəfindən “amputasiyalı futbolun Arda Güləri”  adlandırılıb.

Kərəm Arda Güləri nümunə götürdüyünü bildirib.

Qafqazinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью