Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər ötürmələrinin zərbə ilə nəticələnməsi göstəricisinə görə Lamine Yamal və Kevin De Bruyneni geridə qoyaraq Avropanın aparıcı beş liqasında birinci olub.
Sherg.az xəbər verir ki, İspaniyanın “Cadena SER” nəşrinin “Driblab” statistikasına istinadən yaydığı məlumata görə, Arda hər oyunda orta hesabla 5,26 zərbə ilə nəticələnən ötürmə verir. Bu göstəricidə o, 260 hücumameyilli yarımmüdafiəçi və cinah oyunçusu arasında liderdir.
Məlumata görə, Ardanın ötürmə dəqiqliyi 90 faizə yaxındır. O, driblinq və qol vəziyyətləri yaratmaq baxımından da irəliləyiş əldə edib.
21 yaşlı futbolçu bu mövsüm “Real Madrid”in heyətində keçirdiyi 11 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.