Arda Güler matçın oyunçusu seçildi

23.10.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının üçüncü həftəsində "Real Madrid" doğma meydanda "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, İspaniya klubunda çıxış edən Arda Güler ​​matçın adamı seçilib.

Matçda 7 açar ötürmə edən və 0.55 assist gözləntisi ilə oynayan Arda, 71 ötürmədən 69-da dəqiq olub. 5 dəqiq mərkəzi ötürmə edən 20 yaşlı ulduz, 6 uzaq ötürmə cəhdinin hamısında uğurlu olub.

Matçın futbolçusu seçilən Güler, oyunun sonunda mükafatlandırılıb. 

ÇL: “Real Madrid” – “Yuventus” oyununda türkiyəli kapitan "Qalatasaray" "Bodo Qlimt"i əliboş yola saldı “Barsa” və PSJ-dən darmadağın - YENİLƏNİB Çempionlar Liqası oyunları bu kanallarda Elçin Məsiyev “Genk” - “Betis” matçında
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью