Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler İspaniya çempionatında yaratdığı qol imkanlarının sayına görə bütün futbolçuları qabaqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli oyunçu 2026/27 mövsümündə meydana çıxdığı ilk 11 tur ərzində komanda yoldaşlarına 39 qol şansı hazırlayıb. Bu nəticə onu La Liqanın sözügedən göstərici üzrə liderinə çevirib.
Diqqətçəkən məqam odur ki, Arda bu göstəriciyə cəmi 654 dəqiqə oynamaqla çatıb. O, 11 matçın doqquzunda start heyətində meydana çıxıb. "Real Madrid"in hücum xəttinin digər önəmli simaları Cud Bellinqem və Kilian Mbappe isə hərəyə 19 qol imkanı yaradıblar.
Reytinqdə ikinci yeri 32 fürsətlə "Rasinq"in futbolçusu İniqo Visente tutur. O, bu nəticəni 891 dəqiqə ərzində əldə edib. "Barselona"dan Lamin Yamal 901 dəqiqəlik oyun vaxtında 30, "Atletiko"nun yarımmüdafiəçisi Aleks Baena isə 691 dəqiqədə 26 qol imkanı yaradıb.
Beləliklə, Arda Güler daha az meydanda qalmasına baxmayaraq, həm Visenteni, həm də Yamalı geridə qoyub. Türkiyə millisinin üzvü ən yaxın rəqibini 7, Yamalı isə 9 qol fürsəti fərqi ilə üstələyib.
Qeyd edək ki, Arda Güler bu mövsüm La Liqada keçirdiyi 11 oyunda iki dəfə fərqlənib, üç məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)