Arda Gülər Mourinyo haqda nə dedi?

28.07.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

''Real''ın gənc ulduzu Arda Gülər klubun rəsmi kanalına açıqlamasında həm yeni baş məşqçi Joze Mourinyo, həm də qarşıdakı mövsüm üçün hədəfləri barədə danışıb.

Portuqaliyalı mütəxəssisi ''əfsanə'' adlandıran Türkiyə yığmasının üzvü bunları deyib:

''Mourinyo kimi bir əfsanə ilə çalışmaq mənim üçün gözəl bir fürsətdi. Həm özü, həm də köməkçiləri bütün planlarını bizə konkret bir şəkildə izah edir. Meydandan kənarda da çox səmimi və dürüst insan təsiri bağışlayırlar. Bu hazırlıq dönəmində ilk növbədə fiziki cəhətdən ən üst səviyyəyə çatmaq və Mourinyonun tələblərini ən yaxşı şəkildə həyata keçirmək istəyirik. ''Real''da dördüncü mövsümümü keçirməyə hazırlaşıram. İlk 3 mövsümdə çox şey öyrəndim və yeni səviyyəyə yüksəldim. Amma futbol coşqum heç vaxt dəyişməyib. Yenə də hər şeyi qazanmaq və fanatlarımızı sevindirmək istəyirəm''.


Arda Gülərin indiyə qədər Madrid nəhəngində 112 rəsmi oyunda aktivinə 18 qol, 28 məhsuldar ötürmə yazdığını bildirək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью