Arda Güler Mourinyonun planlarını necə pozdu?

18.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Güler yeni mövsümdə göstərdiyi performansla komandanın baş məşqçisi Joze Mourinyonun planlarında xüsusi yer tutmağa başlayıb.
Demokrat.az
xəbər verir ki, İngiltərənin “The Athletic” nəşrinin yazdığına görə, Güler hücumların qurulmasında nümayiş etdirdiyi keyfiyyətlərlə diqqət çəkir. Onun oyunun ritmini idarə etməsi, təzyiq altında düzgün qərarlar verməsi və hücum istiqamətində təhlükəli ötürmələr etməsi komandaya fərqli imkanlar qazandırır.
Mourinyo da Gülərin oyununu yüksək qiymətləndirib. Portuqaliyalı mütəxəssis Elçe ilə matçdan əvvəl futbolçunun baxışını, qərarverməsini, oyun qurmaq bacarığını və komandaya gətirdiyi sabitliyi xüsusi qeyd edib.
Güler mövsüm ərzində yarımmüdafiənin daha geridəki hissəsində, sağ cinahda və son olaraq oyunqurucu mövqeyində çıxış edib. Bu səbəbdən onun “Real Madrid”də ən uyğun mövqeyi hələ tam müəyyənləşməyib.
Nəşrin təhlilinə əsasən, Mourinyonun komandasında müdafiə zamanı xətlər və futbolçular arasındakı məsafələr daha sıx saxlanılır. Bu sistem Gülərin top rəqibdə olarkən əvvəlki mövsümlərlə müqayisədə daha az müdafiə yükü daşımasına şərait yaradır.
Beləliklə, komanda topu qazandıqda Gülərin əsas üstünlüklərindən biri – hücumu sürətləndirən və müdafiəni yarmağa imkan verən dəqiq ötürmələri – daha qabarıq görünür. Jude Bellinqem və Federiko Valverdenin fiziki üstünlüklərinə əvvəlki qədər bağlı olmayan sistemdə türkiyəli futbolçu üçün əsas heyətdə daha təbii rol formalaşdığı bildirilir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью