Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi səfərdə Belçikaya 3:0 hesabı ilə məğlub olub. Bununla Türkiyə yığması turnirdə keçirdiyi üçüncü oyunda da xal qazana bilməyib. Belçika isə xallarının sayını 6-ya yüksəldib.
Axar.az xəbər verir ki, Belçikanın üstünlüyü ilə başa çatan qarşılaşmada meydan sahiblərinin qollarını Kevin De Brüyne (2) və Romelu Lukaku vurublar.
Belçika ilə qarşılaşmadan əvvəl sarı vərəqə limitində olan Arda Gülər və Barış Alper Yılmaz bu oyunda da sarı vərəqə alaraq cəzalı duruma düşüblər. Bu səbəbdən Arda və Barış Türkiyə millisinin oktyabrın 5-də səfərdə İtaliya ilə keçirəcəyi qarşılaşmada forma geyinə bilməyəcəklər.