Arda Güler qol vurdu, Real Madrid qalib gəldi

08.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" səfərdə "Jirona"nın qonağı olub.

Meydan sahibləri matçda adlı-sanlı rəqibinə müqavimət göstərə bilməyib və 0:3 hesabı ilə məğlub olublar.

Kral klubundan Cud Bellingem (36), Arda Güler (55), Mbappe (62) fərqləniblər.

Beləliklə də, hazırda Karlo Ançelottinin yetirmələri 36 xalla turnir cədvəlində 2-ci yeri tuturlar. Onlar lider "Barselona"dan 2 xal geri qalsalar da, bir oyun az keçiriblər. "Jirona" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью