Arda Güler “Real Madrid”in heyətinə salınmadı

03.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Yunanıstanın AEK komandası ilə oyuna Arda Gülersiz çıxacaq.

İdman.Biz xəbər verir ki, Türkiyə millisinin 21 yaşlı yarımmüdafiəçisi səfər qarşılaşması üçün açıqlanan heyətdə yer almayıb.

Futbolçunun yüngül zədəsi var. Son məşqdə komanda yoldaşlarından ayrı, fərdi proqram əsasında çalışan Gülerin vəziyyətini qiymətləndirən məşqçilər korpusu risk etməmək qərarına gəlib.

“Real Madrid”in rəsmi saytında dərc olunan iştirak ərizəsində də türkiyəli futbolçunun adı yoxdur. Baş məşqçi Joze Mourinyonun açıqladığı heyətdən Orelyen Tçuameni və Raul Asensio da kənarda qalıblar.

Gülerin zədəsinin nə qədər müddətə sağalacağı və növbəti matçlarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasında keçirdiyi ilk üç qarşılaşmanın hamısında qalib gəlib. Madrid təmsilçisi “İnter”i 2:1, “Roma”nı 4:3 və “Leyptsiq”i 4:1 hesabı ilə məğlub edib.

AEK - “Real Madrid” görüşü noyabrın 4-də Afinada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью