Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli yarımmüdafiəçi Arda Gülər “Real Madrid”lə müqaviləsini uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə səhifələrində məlumat verib.
Məlumata görə, 21 yaşlı futbolçunun yeni müqaviləsi beş illikdir.
Razılaşma sentyabr ayında əldə edilib. Bütün sənədlər imzalanıb və yekunlaşdırılıb.
Qeyd edək ki, Ara Gülər 2023-cü ildən bəri “Real Madrid”də oynayır. Bu mövsüm oyunçu klubun heyətində bütün turnirlərdə 11 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə edib.
Xatırladaq ki, İspaniya liqasında doqquz oyundan sonra “Real Madrid” 21 xalla turnir cədvəlində üçüncü yerdədir. “Barselona” isə 27 xalla turnir cədvəlinə başçılıq edir.