Arda Gülər sevgilisindən danışdı

24.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

"Real Madrid"in və Türkiyə milli komandasının gənc ulduzu Arda Gülər sevgilisi Duru Naymanla münasibətlərinin necə başlaması haqqında maraqlı məqamları bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, gənc futbolçu uşaqlıq illərinə təsadüf edən tanışlıq hekayəsini belə nəql edib:

"Duru ilə 13-14 yaşlarımızda məhəlləmizdə tanış olmuşduq. Onunla sadəcə dost kimi vaxt keçirirdik, dost qrupumuz var idi. Hər axşam dostlarımızla toplaşar, çəyirdək çırtlayıb qazlı içki içərdik. Zamanla dostluğumuz sevgililiyə çevrildi. Mən hələ tanınmış bir insan deyildim. Məktəbdən çıxıb evə gəlirdim, sonra oyunlara gedir, axşamlar isə Duru ilə görüşürdüm." pizza sifarişi

Qeyd edək ki, cütlüyün hələ uşaqlıq illərindən başlayan dostluğunun səmimi sevgiyə çevrilməsi sosial şəbəkələrdə və idman mətbuatında böyük maraqla qarşılanıb.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью