Arda Gülər tarixə düşdü Türkiyə millisində İLK

26.06.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyə millisinin futbolçusu Arda Gülər dünya çempionatları tarixinə düşüb.

Moderator.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsində ABŞ-la keçirilən matçda fərqlənib.

Arda qarşılaşmanın 10-cu dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu, Türkiyə yığmasının 24 ildən sonra Dünya Çempionatında vurduğu ilk qol oldu.

Həmçinin o, milli komandanın DÇ tarixində qol vuran ən gənc futbolçusu olub. Daha əvvəl bu ünvanın sahibi Emre Belözoğlu idi.

Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən oyunda  5 qol vurulub və qalib Türkiyə millisi olub: 3:2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью