Arda Güler Türkiyə nəhənginə keçir?

02.06.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə futbolunda prezident seçkiləri ərəfəsində olan "Fənərbağça"da transfer gündəmi alışıb "yanır".

Fanat.Az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırım, "Real Madrid"də çıxış edən sabiq ulduzları Arda Güleri yenidən komandaya qaytarmaq üçün hərəkətə keçib.

Layihə çərçivəsində gənc ulduzun atası və meneceri ilə artıq birbaşa təmasların qurulduğu və ilk rəsmi görüşün reallaşdığı bildirilir.

Əgər gənc yarımmüdafiəçi bu tarixi layihəyə və transferə razı edilə bilsə, o, növbəti mövsümdə 1 illik icarə əsasında yenidən doğma klubu "Fənərbağça"nın uğurları üçün tər tökəcək.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью