Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzan Türkiyə millisinin gənc ulduzu Arda Gülər xalqdan üzr istəyib.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular"ın və "Real Madrid"in yarımmüdafiəçisi TRT-nin canlı yayımında 1:3 hesabı ilə uduzduqları matçla bağlı bunları deyib: "Çox danışacaq şey yoxdur.
Türkiyə xalqından üzr istəyirik. Avstriyaya məğlubiyyətə yaxşı reaksiya göstərib uğurlu qrafik cızmağı bacarmışdıq.
İnşallah, yenə bunu təkrarlarıq. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq.
Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik".
Qeyd edək ki, aktivində 11 xalı olan Türkiyə millisi qrupda 2-ci olub.
Mirağa Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.