Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Güler ötən gecə Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzduqları (1:3) matçdan sonra üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komandasının A Liqasına birbaşa vəsiqəni əldən verdikləri üçün üzüldüyünü bildirib: “Deyə biləcəyim bir şey yoxdur.
Komanda olaraq xalqımızdan üzr istəyirik. Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq.
Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik. Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.