Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Güləri uzun müddət komandada saxlamaq üçün onun müqaviləsini 2035-ci ilədək uzatmağı və sərbəstqalma məbləğini 800 milyon avroya çatdırmağı nəzərdən keçirir.
Bizim.Media İspaniyanın “Bernabeu Digital” nəşrinə istinadən xəbər verir ki, yeni müqavilə futbolçunun maaşının artırılmasını da nəzərdə tutur.
Bildirilir ki, PSJ və “Bavariya”nın Arda Gülərə maraq göstərməsi Madrid klubunu müqaviləni vaxtından əvvəl yeniləmək variantını nəzərdən keçirməyə vadar edib.
Bununla belə, tərəflər arasında hələlik rəsmi razılaşma yoxdur və futbolçuya yeni müqavilə təklifi təqdim edilməyib.
Bizim.Media