Arda Güler üçün Almaniya iddiası

10.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Real"ın futbolçusu Arda Güler karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Bayer" türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Leverkuzen klubu qış fasiləsində 19 yaşlı futbolçunu heyətinə qatmağı düşünür.

"Real" Arda Güleri buraxmaq niyyətində deyil. Klub azı mövsümün sonuna kimi onun durumunu izləmək istəyir.

Arda bu mövsüm 17 oyunda 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью