Arda Gülər və Hakan Çalhanoğludan etiraf: “Xəcalət çəkirik, üzr istəyirik”

20.06.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə milli komandası 2026-cı il Dünya Çempionatında Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə qrup mərhələsində vidalaşıb.

Sherg.az xəbər verir ki, oyundan sonra Arda Gülər və Hakan Çalhanoğlu azarkeşlərdən üzr istəyiblər.

Arda Gülər bildirib ki, komanda böyük məyusluq yaşayır: “Çox üzgünük, xəcalət çəkirik. Xalqımızdan üzr istəyirik. Gələcək turnirlərdə daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

Komanda kapitanı Hakan Çalhanoğlu isə məğlubiyyəti şərh edərkən deyib: “Hazırda söz tapmaq çətindir. Son iki oyunda hər şeyi sınadıq, amma alınmadı. Futbol bəzən amansız olur. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”.

Türkiyə yığması beləliklə 2026-cı il Dünya Çempionatı ilə erkən mərhələdə vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью