Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində

06.10.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində

“Arsenal” yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.

QOL.az xəbər verir ki, bu haqda “Caught Offside” məlumatına yayıb.

London klubunun əsas hədəfi sol cinah vingeri transfer etməkdir. “Topçular” mərkəz hücumçusu variantını da nəzərdən keçirirlər.

Məlumata əsasən, “Arsenal”ın sol cinah üçün əsas namizədi “Leyptsiq”in futbolçusu Antonio Nusadır. Klub norveçli vingerin transferini yayda da müzakirə edib. Alternativlər arasında “Yuventus”dan Kenan Yıldız və “Real”dan Arda Gülər yer alır.

Mərkəz hücumçusu mövqeyi üçün isə “Atletiko”nun futbolçusu Xulian Alvarez və “Bornmut”un hücumçusu Eli Krupi nəzərdən keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью