Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real Madrid"in türkiyəli gənc ulduzu Arda Gülər sosial media hesabında dünya futbolunun və Kral Klubunun əfsanəsi Zinəddin Zidanla çəkdirdiyi fotosunu paylaşıb. Soyunma otağı önündə çəkilən foto qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, paylaşımın diqqətçəkən məqamı isə "Real Madrid"dən komanda yoldaşı Kilian Mbappenin rəy bölməsində yazdığı zarafatcıl şərh olub. Kadr arxasında fotosessiyanı reallaşdıran Mbappe "Şəkli çəkənin adını qeyd etməyəcəksən?" sözləri ilə türkiyəli futbolçuya sataşıb.
Arda Gülər isə fransalı ulduzun bu zarafatını cavabsız qoymayaraq "Bu dəfə asist səndən" yazaraq fotonun müəllifi kimi Mbappeni qeyd edib. pizza hut
Meydandakı harmoniyaları ilə seçilən iki futbolçunun sosial mediadakı bu səmimi dialoqu azarkeşlər tərəfindən minlərlə bəyənmə toplayaraq İspaniya və dünya mətbuatında günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.