Arda Güler yenə ən yaxşı seçildi

01.10.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyəli futbolçu Arda Güler İspaniyanın nəhəng klublarından olan "Real Madrid"də sentyabr ayının ən yaxşı oyunçusu adına layiq görülüb.

Milli.Az-ın məlumatına görə, klubun "Instagram" sosial media hesabında klubun bununla bağlı paylaşım edilib. Paylaşımda 21 yaşlı futbolçunun ayın ən yaxşı oyunçusu seçilməsi qeyd olunaraq, Arda Güler təbrik edilib.

Arda Güler cari mövsümdə "Real Madrid" forması ilə 7 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 1 dəfə rəqib qapısına yol tapıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью