Arda Güler yenə tarix yazdı

03.06.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid"in heyətində çıxış edən türkiyəli ulduz Arda Güler İspaniya La Liqasında mövsümə damğasını vurub.

Fanat.Az xəbər verir ki, La Liqa rəhbərliyi gənc futbolçunun "Elçe" qapısına vurduğu möhtəşəm qolu 2025-26 mövsümünün ən gözəl qolu seçdiyini rəsmi şəkildə açıqlayıb.

Xatırladaq ki, o, 14 mart tarixində "Santyaqo Bernabeu" stadionunda baş tutan "Real Madrid" - "Elçe" qarşılaşmasında unudulmaz bir epizoda imza atmışdı. Öz yarı sahəsində qazandığı topdan sonra rəqib qapıçı Matias Dituronun irəli çıxdığını görən Arda, təxminən 65 metrlik məsafədən inanılmaz bir vuruşla topu tora qovuşdurmuşdu.

Madrid klubunun 4:1 hesablı qələbəsini rəsmiləşdirən bu şedevr qol, daha əvvəl La Liqada mart ayının ən yaxşı qolu mükafatına da layiq görülmüşdü.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью