Arda Gülər yeni mövsümdə ilk qolunu vurdu

08.12.2024

Icma.az, Metbuat saytına istinadən bildirir.

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, son çempion "Real Madrid" səfərdə "Jirona"nın qonağı olub.

Meydan sahibləri matçda adlı-sanlı rəqibinə müqavimət göstərə bilməyib və 0:3 hesabı ilə məğlub olublar.

Kral klubundan Cud Bellingem (36), Arda Güler (55), Mbappe (62) fərqləniblər.

Beləliklə də, hazırda Karlo Ançelottinin yetirmələri 36 xalla turnir cədvəlində 2-ci yeri tuturlar.

Onlar lider "Barselona"dan 2 xal geri qalsalar da, bir oyun az keçiriblər. "Jirona" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью