Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Real”ın yarımmüdafiəçisi Arda Güler bazar dəyərini 100 milyon avroya çatdırıb.
QOL.az xəbər verir ki, “Transfermarkt”ın məlumatına görə, 21 yaşlı futbolçunun qiyməti 10 milyon avro artıb. Bununla da o, bazar dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.
Qeyd edək ki, Güler cari mövsümə uğurlu start verib. O, “Real”ın heyətində keçirdiyi 7 oyunda 4 məhsuldar fəaliyyətə imza atıb.
Xatırladaq ki, Türkiyə millisinin üzvü 2023-cü ildə “Fənərbaxça”dan Madrid klubuna keçəndə bazar dəyəri 15 milyon avro idi. Bu müddətdə onun qiyməti təxminən 7 dəfə artıb.
Türkiyəli futbolçular arasında ikinci ən yüksək göstərici 75 milyon avro məbləğlə “Yuventus”un vingeri Kenan Yıldıza məxsusdur. “Ayntraxt”ın futbolçusu Can Uzun, Hakan Çalhanoğlu və Çağlar Söyüncü isə 45 milyon avroluq göstərici ilə üçüncü pilləni bölüşür.
Bizi İnstaqramda izləmək üçün kliklə!