Arda Gülərdən tarixi rekord 100 milyon avroya çatdı

05.10.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın və Türkiyə millisinin futbolçusu Arda Gülərin bazar dəyəri yenilənib.
Apasport.az xəbər verir ki, “Transfermarkt” İspaniya La Liqasında çıxış edən futbolçuların yeni bazar qiymətlərini açıqlayıb.
Ardanın dəyəri son yeniləmədə 10 milyon avro artaraq 100 milyon avroya yüksəlib.
Bununla da 21 yaşlı yarımmüdafiəçi Türkiyə futbolu tarixində bazar dəyəri 100 milyon avroya çatan ilk futbolçu olub.
“Xetafe”də çıxış edən digər türkiyəli futbolçu Enes Ünalın bazar dəyərində isə dəyişiklik olmayıb. Onun qiyməti 7 milyon avro olaraq qalıb.
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a transfer olunub.
Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Mançester Yunayted”dən Mateta planı – Qarşılığında o gedir Okan Burukdan İlkay Gündoğanla bağlı yeni qərar “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0 "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью