Arda Gülerə Almaniyadan müştəri İdman və Biz

10.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Türkiyə millisinin futbolçusu Arda Güleri heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.

İdman.biz xəbər verir ki, “Real”ın futbolçusuna Almaniyadan müştəri çıxıb.

“Bayer” 19 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Leverkuzen təmsilçisi Arda “Real”a keçməzdən də onun keçidində maraqlı olub. İspaniya nəhəngi Güleri qışda buraxmaq istəmədiyi üçün “Bayer” mövsümün sonunu gözləməlidir.

Qeyd edək ki, Bundesliqa təmsilçisi Ardanın ailəsi ilə danışıq aparsa da, “Real”la əlaqə saxlamayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью