Arda Gülərə su vermədilər VİDEO

01.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İspaniya "Real"ının İngiltərənin "Liverpul" klubu ilə Çempionlar Liqasında oynadığı matçda "Liverpul"un fizioterapevtinin Arda Gülərə su vermədiyi görüntülər üzə çıxıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci həftəsində "Real" (Madrid) "Liverpul"un meydanına səfər edib.

Oyun zamanı zədələnən "Liverpul" oyunçusuna müdaxilə üçün meydana daxil olan fizioterapevtin susamış Arda Gülərin su alma cəhdini sərt şəkildə rədd etdiyi görüntülər diqqət çəkib.

Qeyd edək ki, Arda Gülərin start heyətində meydana çıxdığı qarşılaşmanı 0:2 hesabı ilə uduzan "Real" (Madrid) Çempionlar Liqasındakı 5-ci matçında 3-cü məğlubiyyətini yaşayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью