Arda Güleri bu kluba təklif etdilər

25.04.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real" "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezi transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə fichajes.net məlumat yayıb. 

Madrid təmsilçisi London klubuna artıq cəlbedici təklif göndərib. "Real" Enzo üçün 40 milyon avro və 19 yaşlı futbolçusu Arda Güleri verməyə hazır olduğunu bildirib.

Hələlik "Çelsi" "Real"ın təklifini cavablandırmayıb.

Qeyd edək ki, Fernandez car mövsüm 39 oyunda 6 qol vurub və 10 məhsuldar ötürmə verib. Güler isə 36 matçda 4 qol və 7  qol ötürməsi ilə yadda qalıb. Arda bu oyunların əksəriyyətində ehtiyatdan meydana çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью