Arda Gülerin davranışı diqqət çəkdi (Video)

03.11.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real Madrid"in və Türkiyə millisinin futbolçusu Arda Gülər növbəti dəfə azarkeşlərlə münasibəti ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, gənc ulduz kafedən çıxarkən onu gözləyən pərəstişkarlarının istəyini geri çevirməyib. Arda yaxınlaşan azarkeşlərə avtoqraf verib, onlarla söhbət edərək xatirə fotoları çəkdirib.

Futbolçunun fanatlarına qarşı mehriban və təvazökar davranışı ətrafdakıların marağına səbəb olub. Onun bu səmimi münasibəti azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью