Arda Gülərin qazaxıstanlı jurnalistə verdiyi cavab rezonans doğurdu

25.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Türkiyə millisinin futbolçusu Arda Gülərin Qazaxıstan telekanalına verdiyi müsahibə böyük marağa səbəb olub. 
Bizim.Media xəbər verir ki, “Real Madrid”in formasını geyinən futbolçu təkcə meydandakı oyunu ilə deyil, meydandan kənardakı davranışları ilə də diqqət çəkir.
Müsahibə zamanı qazaxıstanlı jurnalist Arda Gülərə “Türk dilim zəifdir, bağışlayın” deyərək üzr istəyib. Milli futbolçu isə jurnalistin sözlərinə “Xeyr, nə danışırsınız, üzr istəməyə ehtiyac yoxdur” cavabını verib və ona ünvanlanan sualları səmimiyyətlə cavablandırıb.
Arda Gülərin jurnalistə qarşı təvazökar və səmimi davranışı izləyicilərin rəğbətini qazanıb. Müsahibənin görüntüləri minlərlə bəyənmə toplayıb. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью