Arda Gülerin Real dakı gələcəyi bilindi

24.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Arda Gülerin "Real"dakı gələcəyi bilindi

"Real"ın türkiyəli futbolçusu Arda Gülerin gələcəyi ilə bağlı mühüm qərar verilib.

QOL.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Çempionlar Liqasında "Monako" ilə qarşılaşmada start heyətdə meydana çıxan gənc ulduz performansı ilə baş məşqçi Alvaro Arbeloanın etimadını doğruldub. Məlumata görə, mövsümün sonuna qədər komandaya rəhbərlik etməsi gözlənilən Arbeloa rəhbərlikdən Ardanın mütləq komandada qalmasını tələb edib.

İspaniyalı mütəxəssis 20 yaşlı futbolçunun heyətdəki yerini möhkəmlədəcəyini və onu komandanın əsas oyunçusuna çevirməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, məlumata görə, İngiltərənin "Arsenal" və "Çelsi" klubları Arda üçün Madrid təmsilçisinə 90 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşırdılar. Lakin məşqçinin qəti qərarından sonra Premyer Liqa təmsilçiləri bu planlarını yay transfer pəncərəsinə qədər təxirə salmaq məcburiyyətində qalıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью