Arda Gülərin təyyarədə təraş olması müzakirə yaratdı: “Güc sərxoşluğudur?” (Video)

23.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin təyyarədə təraş olduğu anların görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə,gənc futbolçunun uçuş zamanı təraş olması bəzi istifadəçilərin diqqətini çəkib. Onlar bu davranışı tənqid edərək Ardanın şöhrətin təsiri altına düşdüyünü iddia ediblər.

Görüntüləri fərqli qarşılayanlar da olub. Bəzi sosial şəbəkə istifadəçiləri hadisəyə adi hal kimi yanaşarkən, digərləri futbolçunun davranışını "güc sərxoşluğu" kimi qiymətləndiriblər.

Qeyd edək ki, müzakirələr sosial şəbəkə istifadəçilərinin şəxsi fikirlərinə əsaslanır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью