Arda ilə müqaviləni uzadacaqlar

10.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqavilənin müddətini uzadacaq.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər yeni sözləşmə barədə razılığa gəliblər.

Anlaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçinin 2029-cu ildə başa çatacaq müqaviləsinin müddəti daha 2 il artırılacaq. Oyunçunun məvacibində də ciddi artım olacağı bildirilib.

Qeyd edək ki, Arda Gülər "Real Madrid"ə 2023-cü ilin yayında "Fənərbağça"dan keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью